Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Baş nazirin sözlərinə görə, Türkiyə və Ermənistandan olan tarixçilər 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmalıdırlar.
O qeyd edib ki, yalnız birgə araşdırma 1915-ci il hadisələrinə obyektiv qiymət verə bilər.
Türkiyənin 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistanla birgə komissiya yaratmaqla bağlı göstərdiyi səylərə baxmayaraq, erməni tərəfi indiyədək Ankaranın müraciətinə reaksiya verməyib.
Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və
erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımı törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma soyqırımını tanıyıblar.